Avropa Parlamentində qalmaqal baş verib. Belə ki, 50 deputat, o cümlədən 46 qadın üzv AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub.
NTV xəbər verir ki, “Politico” nəşrinin yazdığına görə, Almaniyada yerləşən “Agora Digitale Transformation” QHT tərəfindən dərc edilən araşdırmada Avropa Parlamentindəki təxminən hər altı qadından birinin bu rüsvayçı hadisənin qurbanına çevrildiyi bildirilir.
Tədqiqatda qeyd olunub ki, sözügedən məzmun şəxslərin razılığı olmadan saxta cinsi görüntülər yaratmaq üçün generativ süni intellektdən istifadə edilərək yaradılıb. Həmçinin qeyd olunub ki, siyasətçilərin foto və videolarının internetdə geniş yayılması onları süni intellektlə işləyən “nüdifikator” tətbiqləri üçün daha asan hədəfə çevirir.
Tədqiqatın müəlliflərindən biri olan Benjamin Şults qadağanın effektiv şəkildə tətbiq olunması üçün təkcə tətbiqlərin özlərinin deyil, həm də ödəniş xidməti təminatçıları və internet domen adı qeydiyyatçıları kimi onların fəaliyyətinə imkan verən subyektlərin məsuliyyət daşımalı olduğu bildirilib.
Bu cür süni intellekt tətbiqlərini ehtiva edən veb-saytların axtarış motorlarının nəticələrindən çıxarılması üçün addımların nəzərdən keçirilməsinə çağıran bir araşdırmada bildirilir ki, Aİ dekabrın 2-dən etibarən süni intellektlə işləyən “nüdifikator” tətbiqlərini qadağan etməyə hazırlaşır.
Avropa Parlamentindəki müxtəlif siyasi qruplardan olan 119 deputat tərəfindən sentyabrın 30-da Aİ qurumlarına göndərilən məktuba istinad edən araşdırmada qadağanın effektiv şəkildə tətbiq edilməsi və “X” sosial media platformasına inteqrasiya olunmuş süni intellekt aləti olan “Grok ilə” bağlı araşdırmanın tez bir zamanda başa çatdırılması tələb olunur.
