satellite   Azerspace-1: 11135 H 30000

Media: Pentaqon daha iki ordu generalını işdən çıxarıb

Media: Pentaqon daha iki ordu generalını işdən çıxarıb

ABŞ Müdafiə Nazirliyi quru qoşunlarının qərargah rəisi Rendi Corcla yanaşı, daha iki generalı - Devid Hadni və Uilyam Qrini işdən çıxarıb.

NTV xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Hadni ötən ilin payızında yaradılan ordu islahatları və döyüş hazırlığı komandanlığına rəhbərlik edirdi, Qrin isə ordunun baş kapellanı idi. Generalların işdən çıxarılması ordu komandanlığının İranda hipotetik quru əməliyyatı üçün Yaxın Şərqə bir neçə min əsgər göndərməsi ilə bağlıdır. Hərbi münaqişələr zamanı bu cür kadr dəyişiklikləri çox nadir hadisə hesab olunur.

Beləliklə, Pentaqonun başçısı Pit Heqset ABŞ Silahlı Qüvvələrinin ştab rəisləri komitəsinin tərkibini praktiki olaraq tam yeniləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM