satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulacaq.

NTV xəbər verir ki, ikinci yarış günündə qadınlar arasında Gültac Məmmədəliyeva (52 kiloqram), kişilər arasında isə Turan Bayramov, Nizami İmranov və Ruslan Paşayev (hamısı 66 kiloqram) tatamiyə çıxacaqlar.

Məmmədəliyeva 1/16 finalda israilli Gefen Primonu, Paşayev Serdar Rahimov (Türkmənistan) / Adrian Nieto Çinarro (İspaniya) cütünün qalibini sınağa çəkəcək.

Bayramov və İmranov isə mübarizəyə təsnifat mərhələsindən start verəcəklər. Onlar müvafiq olaraq, Lukas Saha (Finlandiya) və Vaja Marqvelaşvili (Gürcüstan) ilə qarşılaşacaqlar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:38 05.10.2026

Kükü dağına qar yağıb

12:13 04.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM