Konqo Demokratik Respublikasında Konqo çayında iki gəminin toqquşması nəticəsində ölənlər var.
NTV xəbər verir ki, bu barədə “Okapi Radio” məlumat yayıb. Bildirilir ki, hadisə Ekvator əyalətində, Nqombe-Lukolela kəndi yaxınlığında baş verib. Sərnişinlərlə dolu olan gəmilər toqquşduqdan sonra batıb.
Təxminən 30 nəfərin xilas edildiyi bildirilir. Bəzi sərnişinlərin isə itkin düşdüyü qeyd olunur. Ölənlərin dəqiq sayı hələlik məlum deyil.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.
