satellite   Azerspace-1: 11135 H 30000

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlanıb

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlanıb

Niderlandda sərt perovskit (Yer səthində nadir rast gəlinən mineral) əsaslı plyonkalardan istifadə etməklə dünyada ilk günəş dam örtüyü plitəsi hazırlanıb. Texnologiya binaların ənənəvi xarici görünüşünü qoruyub saxlamaqla elektrik enerjisi istehsal edir.

NTV “Interesting Engineering” portalına istinadla xəbər verir ki, layihə Niderlandın “TNO” təşkilatının tədqiqatçıları tərəfindən “ASAT B.V.” şirkəti ilə birgə reallaşdırılıb. Perovskit əsaslı günəş elementləri sərt folqa üzərinə yerləşdirilir və əyri formalı kompozit plitəyə inteqrasiya olunur. Bu, qənaətcil rulon üsulu ilə istehsalın genişləndirilməsinə imkan verir. Modulların səmərəliliyi 13,8 faizə çatır, quraşdırıldıqdan sonra isə təxminən 12,4 faiz təşkil edir, əyilmə isə məhsuldarlığa demək olar ki, təsir etmir.

 

Həllin əsas üstünlüyü əlavə məkana ehtiyac olmadan dam örtüyünə tam inteqrasiyadır. Bu, xüsusilə sıx şəhər tikililərində və ənənəvi günəş panellərinin yükünü daşımaq üçün nəzərdə tutulmayan köhnə binalar üçün vacibdir.

 

Prototip artıq uğurla sınaqdan keçirilib. Texnologiyanın kommersiyalaşdırılması üçün “TNO” “Perovion Technologies” adlı törəmə şirkət yaradıb. Gözlənilir ki, bu həll enerji keçidində mühüm rol oynayacaq və şəhərlərdə “yaşıl” enerjinin istifadəsini genişləndirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM