satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada kişilərin ölkədən çıxışına yeni məhdudiyyət: Bundesverdən icazə tələb olunacaq

Almaniyada kişilərin ölkədən çıxışına yeni məhdudiyyət: Bundesverdən icazə tələb olunacaq

Almaniyada 17-45 yaşlarında kişilər ölkəni üç aydan artıq müddətdə tərk etmək istədikdə Silahlı Qüvvələrdən (Bundesver) icazə almalıdırlar. Bu müddəa ölkədə yanvarın 1-dən qüvvədə olan hərbi xidmət haqqında yeni qanunda əksini tapıb.

NTV xəbər verir ki, bu barədə yerli mediada yayılan xəbərlər Bundesver tərəfindən təsdiqlənib.

Açıqlamada qeyd olunub ki, Bundesver fövqəladə vəziyyətlər üçün kimin uzun müddət xaricdə olduğunu bilməlidir. Bu səbəbdən yeni hərbi xidmət sistemində müəyyən məcburi elementlərin, o cümlədən məcburi tibbi yoxlamanın tətbiqini dəstəkləmək üçün hüquqi baza yaradılıb. İcazə tələbi müharibə və ya fövqəladə vəziyyət olmadıqda da qüvvədədir.

Eyni zamanda, qeyd edilib ki, bu cür qaydalar “soyuq müharibə” dövründə də mövcud olub, lakin praktik olaraq tətbiq edilməyib. Həmçinin bu qaydanın pozulmasına görə konkret sanksiya nəzərdə tutulmadığı da bildirilib.

Qeyd edək ki, hərbi xidmətin modernləşdirilməsi haqqında qanunda əsas yeniliklərdən biri 2008-ci ildən sonra doğulan kişilər üçün məcburi tibbi yoxlamanın tətbiqidir. Qanun 2035-ci ilədək Bundesverdə 260 min aktiv hərbçinin olmasını nəzərdə tutur. Hazırda ordunun şəxsi heyətinin sayı 180 mindən çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM