Saxalinin (Rusiya) cənub və mərkəzi hissəsindəki dörd bələdiyyədə növbəti qasırğa ilə əlaqədar aprelin 7-si üçün təcili xəbərdarlıq elan edilib.
NTV xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadən məlumat yayıb.
Rusiya Hidrometeorologiya Xidmətinin Saxalin üzrə idarəsinin proqnozlarına görə, aprelin 7-si gecə və səhər saatlarında Poronaysk, Makarov, Uqleqorsk və Tomari rayonlarında güclü qar yağışı gözlənilir.
