satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada Semeru vulkanı püskürüb

İndoneziyada Semeru vulkanı püskürüb

İndoneziya ərazisində yerləşən Semeru vulkanı bazar ertəsi səhəri bir neçə dəfə püskürüb.

NTV İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi məlumat yayıb. Bildirilib ki, Şərqi Yava əyalətində yerləşən vulkanın zirvəsindən 1100 metr yüksəkliyə qədər kül püskürməsi qeydə alınıb.

Semeru monitorinq məntəqəsinin rəsmisi kül sütunlarının orta intensivliklə cənub istiqamətində hərəkət etdiyini deyib.O bildirib ki, vulkan gecə yarısından etibarən ən azı yeddi dəfə püskürüb. İlk püskürmə yerli vaxtla saat 00:38-də başlayıb, son püskürmə isə saat 09:29-da baş verib. Aktivliyin ən yüksək həddi saat 06:51-də müşahidə olunub.

Səlahiyyətli orqanlar əhalini Semeru vulkanının zirvəsindən 5 kilometr radiusdan kənarda qalmağa çağırıb. Bildirilib ki, cənub-şərq sektorunda qadağa zonası Besuk Kobokan çayı boyunca 13 kilometr uzanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM