satellite   Azerspace-1: 11135 H 30000

Moldova fermerləri hökuməti kütləvi etiraz aksiyaları ilə hədələyirlər

Moldova fermerləri hökuməti kütləvi etiraz aksiyaları ilə hədələyirlər

Moldovada fermerlər, hakimiyyəti kənd təsərrüfatı sektoruna kömək etmək üçün təcili tədbirlər görülməsə, kütləvi etiraz aksiyaları keçirəcəkləri ilə hədələyirlər.

NTV yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə "Fermerlərin Gücü" Assosiasiyasının ölkənin Prezidenti, Baş naziri və parlament spikerinə ünvanlanmış açıq məktubunda bildirilib.

"Yanacağın 60 %-dən çox bahalaşması fonunda hakimiyyətin kənd təsərrüfatı məhsullarına 20 % ƏDV dərəcəsi tətbiq etmək niyyəti və subsidiya siyasəti çərçivəsində taxıl və yağlı bitki sektoru fermerlərinin maraqlarına məhəl qoymaması faktiki olaraq mikro, kiçik və orta kənd təsərrüfatı istehsalçılarını yaşamaq şansından məhrum edir.

Əgər qarşıdakı 5 gün ərzində hakimiyyət tərəfindən yardım tədbirlərinin həyata keçirilməsi istiqamətində addımlar görməsək, kütləvi etiraz aksiyaları keçirmək hüququmuzu özümüzdə saxlayacağıq", - bəyanatda qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM