satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda bəndin yarılması ilə əlaqədar möhkəmləndirmə işləri aparılır - FOTOLAR

Qazaxıstanda bəndin yarılması ilə əlaqədar möhkəmləndirmə işləri aparılır<font color=red> - FOTOLAR</font> Qazaxıstanda bəndin yarılması ilə əlaqədar möhkəmləndirmə işləri aparılır<font color=red> - FOTOLAR</font>

Qazaxıstanın Korqaljın rayonunda bəndin möhkəmləndirilməsi işləri davam etdirilir.

NTV bu ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, bəndin yarılması ilə əlaqədar nəticələrin aradan qaldırılmasına 254 nəfər, 66 ədəd texnika və 4 motopompa cəlb olunub.

Bundan başqa, 4 min kubmetrdən çox su çəkilib. Paralel olaraq “Astana–Korqaljın” avtomobil yolu boyunca 1100 metr və Sabındı kəndi boyunca 500 metr uzunluğunda torpaq bəndlərin çəkilməsi işləri aparılır. Əriyən suların yönləndirilməsi üçün uzunluğu 100 metr olan ötürücü kanal qazılıb.

Bundan əvvəl rayonda Sabındı kəndindən 2 km şimalda yerləşən “Şoptıköl” bəndində yarılma qeydə alınıb. Vəziyyət Fövqəladə Hallar Nazirliyinin nəzarətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM