satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstanda yanacaqdaşıyan maşınların toqquşması 5 nəfərin ölümünə səbəb olub

Əfqanıstanda yanacaqdaşıyan maşınların toqquşması 5 nəfərin ölümünə səbəb olub

Əfqanıstanın şimalındakı Bəğlan əyalətində iki yanacaqdaşıyan maşın toqquşması nəticəsində baş verən yanğında 5 nəfər ölüb.

NTV xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

"Ötən gün gecə saatlarında Duşi dairəsinin Zərd-Səng bölgəsində yanacaq daşıyan iki maşın toqquşaraq alovlanıb. Yüksək sürətlə hərəkət edən daha bir avtomobil alovlar içində qalıb, maşının salonunda olan 5 nəfər ölüb", - məlumatda bildirilib.

Yol-nəqliyyat hadisəsi nəticəsində daha bir neçə nəqliyyat vasitəsi yanıb. Rəsmilər qəzanı sürücülərin səhlənkarlığı ilə izah ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM