satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

Gürcüstanın aparıcı televiziyaları və informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb.

 

NTV xəbər verir ki, yerli mətbuat ali qonağın şərəfinə Tbilisinin mərkəzi küçə və prospektlərində Azərbaycanın Dövlət bayrağının asıldığını xüsusi qeyd edib.

 

“1tv.ge” yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. “Bu gün müzakirə edilən məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir”, - deyə sayt yazıb.

 

Eyni zamanda, dövlətimizin başçısının çıxışına istinadla yayılan silsilə materiallarda iqtisadi sahədə əhəmiyyətli nailiyyətlərin əldə olunmasına da xüsusi yer ayrılıb. Prezident İlham Əliyevin mətbuata bəyanatında yer alan fikirlərinə diqqət çəkilərək qeyd olunub ki, ilin sonunadək iki ölkə arasında ticarət dövriyyəsinin həcmi bir milyardı ötə bilər.

 

“Rustavi2.ge” portalında bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulduğu xüsusi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM