İranın mərkəzi İsfahan şəhərində neft və neft məhsulları anbarına havadan hücum edilib.
NTV xəbər verir ki, bu barədə “Əl-Hədəs” televiziyası məlumat yayıb.
Televiziyanın bildirdiyinə görə, “İsfahandakı Cəbəl Səfa neft anbarı Amerika və İsrail qüvvələrinin hücumlarından birinin hədəfi olub”. Hələlik dəyən ziyan barədə məlumat verilmir.
“Əl-Hədəs”, həmçinin İsfahanın müxtəlif ərazilərində çoxsaylı partlayışların baş verdiyini qeyd edib.
