Çinin şimal-qərbində yerləşən Qansu əyalətindəki kimya zavodunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub, daha iki nəfər yüngül xəsarət alıb.
NTV-nin məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Yanğın bazar ertəsi "Jinte" şirkətinin Yümen şəhərinin kimya sənaye parkında yerləşən üçmərtəbəli binasında baş verib.
Yanğının səbəbi araşdırılır.
