satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə mediası: C-130 təyyarəsinin qəzaya uğramasının səbəbi azot balonu ilə bağlı ola bilər

Türkiyə mediası: C-130 təyyarəsinin qəzaya uğramasının səbəbi azot balonu ilə bağlı ola bilər

Türkiyəyə məxsus C-130 hərbi-nəqliyyat təyyarəsinin 2025-ci il noyabrın 11-də Gürcüstanda qəzaya uğraması oksigeni azotla əvəz etməklə partlayış riskini azaldan əsas təhlükəsizlik texnologiyası olan yanacaq çəninin inertləşdirmə sistemindəki nasazlıqla əlaqəli ola bilər. Bu, yanacağın üstündəki çənin baş hissəsində partlayıcı qarışığın əmələ gəlməsinin qarşısını alır.

NTV xəbər verir ki, “Sabah” qəzeti bu barədə C-130 təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı ilkin hesabatın təhlilində yazıb.

Qəzet qeyd edir ki, təyyarə modelindən asılı olaraq, 12 kiloqrama qədər ağırlığında azot silindrləri sağ və sol qanadda yerləşə bilər.

Qəzet həmin qəzada 20 hərbi qulluqçunun həlak olduğunu xatırladaraq yazır: “Struktur olaraq, gövdə-qanad qovşağına inteqrasiya olunmuş bu azot balonlarından birinin güclü hava axınının təsiri altında montajdan ayrılaraq C-130-un quyruğuna dəyməsi və təyyarənin manevr qabiliyyətinə, habelə idarəetmə sisteminə təsir göstərməsi mümkündür. Təzyiq sürətlə azalıb və quyruq füzelyajdan ayrılıb. Bundan sonra təyyarə parçalanıb və spiralvarı formaya düşüb”.

Türkiyənin TUSAŞ və C-130 təyyarəsinin istehsalçısı “Lockheed” şirkətlərinin mütəxəssislərinin bu nəzəriyyə üzərində əməkdaşlıq etməsi gözlənilir.

Hazırda faciənin əsas səbəbləri, o cümlədən struktur gərginliyi ilə əlaqədar “metal yorğunluğu”, qanadlarda mikroskopik çatların əmələ gəlməsi və azot balonu montajının yırtılması versiyaları araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM