satellite   Azerspace-1: 11135 H 30000

Ədliyyə naziri: İsrail Baş konsulluğu ətrafında baş verən silahlı insidentlə bağlı istintaq başladılıb

Ədliyyə naziri: İsrail Baş konsulluğu ətrafında baş verən silahlı insidentlə bağlı istintaq başladılıb

İstanbulun Beşiktaş rayonunda yerləşən İsrail Baş konsulluğu ətrafında baş verən silahlı insidentlə bağlı daxil olan məlumatlar əsasında İstanbul Respublika Baş Prokurorluğu tərəfindən dərhal istintaq başladılıb.

NTV xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek açıqlayıb.

Nazir qeyd edib ki, hadisənin əhatəli aydınlaşdırılması məqsədilə Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aidiyyəti hüquq-mühafizə orqanları birgə iş aparır.

Xatırladaq ki, İstanbulun Beşiktaş rayonunun Levent bölgəsində İsrailin Baş konsulluğunun da yerləşdiyi plazanın yaxınlığında silah səsləri eşidilib.

Saat 12:15 radələrində baş verən hadisə yerinə çox sayda polis əməkdaşı cəlb olunub.

İlkin məlumatlara görə, atəş açan iki nəfər öldürülüb, biri isə yaralı vəziyyətdə saxlanılıb. Həmçinin iki polis əməkdaşının yaralandığı bildirilir.

Qeyd edək ki, İsrailin İstanbuldakı Baş konsulluğu plazanın yuxarı mərtəbələrində yerləşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM