Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan NTV-yə bildirilib ki, Günəşin fəallığı demək olar ki, orta səviyyədə olub. Günəş küləyinin maksimal sürəti saniyədə 858 kilometrədək artıb.
Aprelin 7-dən 13-dək C sinif alışmanın baş verməsi ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.
Günəş küləyinin sürəti mənfi qütblü tac dəliyi axınlarının təsirilə hazırda normadan yüksək olsa da, aprelin 9-dək nominal vəziyyətə dönəcəyi gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı yüksək geomaqnit enliklərdə 15-25 faiz, orta geomaqnit enliklərdə isə 15-1 faizdir.
Geomaqnit sahəsinin sakit-aktiv səviyyələrdə olacağı gözlənilir.
