satellite   Azerspace-1: 11135 H 30000

Yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması üzrə qaydalar təsdiqlənib

Yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması üzrə qaydalar təsdiqlənib

Prezident İlham Əliyev "Yerin təki haqqında" qanunda dəyişiklik edilməsi barədə" 17 mart 2026-cı il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

NTV xəbər verir ki, fərmana əsasən, "Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar" təsdiq edilib.

Nazirlər Kabineti üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib dövlət başçısına məlumat verməlidir:

- "Yerin təki haqqında" qanunun 13-cü maddəsinin ikinci hissəsinin üçüncü cümləsinə uyğun olaraq, yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydası;

- həmin Qanunun 13-cü maddəsinin doqquzuncu hissəsinə uyğun olaraq, yer təki istifadəçilərinə dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququnun verilməsi qaydası;

- həmin Qanunun 13-1.5-ci maddəsinə uyğun olaraq, yerin təki ilə bağlı işlərin aparıldığı ərazilər üzrə rekultivasiya qaydası;

Bundan başqa, hökumət yeni qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM