satellite   Azerspace-1: 11135 H 30000

“WhatsApp”da səsli və videozənglər üçün səs-küyün azaldılması funksiyası əlavə olunacaq

“WhatsApp”da səsli və videozənglər üçün səs-küyün azaldılması funksiyası əlavə olunacaq

“WhatsApp” mesencerinin tərtibatçıları səsli və videozənglər üçün səs-küyün azaldılması funksiyasının inteqrasiyasına başlayıblar. Bu yenilik “WhatsApp”ın “Android” üçün son beta versiyalarından birində aşkar edilib. Bu isə o deməkdir ki, yaxın vaxtlarda səs-küyün azaldılması funksiyası tətbiqin stabil versiyalarında da görünə bilər.

NTV “WABetaInfo” xəbər portalına istinadla xəbər verir ki, səs-küyün azaldılması aktivləşdirildikdə fon səsləri avtomatik olaraq filtr ediləcək, bu da “WhatsApp”da danışıqları daha aydın edəcək. Məsələn, həmsöhbətlərdən biri küçədə və ya ictimai nəqliyyatda olduqda, söhbətin digər iştirakçısı onu daha yaxşı eşidəcək. Səs-küyün azaldılması seçimi istifadəçinin istəyi ilə mesencerin ayarlarında aktivləşdirilə və ya deaktiv edilə bilər. Müvafiq keçid zəng menyusuna əlavə olunub. Səs-küyün azaldılması funksiyası əvvəlcədən aktivdir.

Yeni funksiya beta sınaqçıları üçün mərhələli şəkildə təqdim olunur. Əgər səs-küyün azaldılması funksiyasının sınaqları problemsiz keçərsə, yaxın həftələr və ya aylar ərzində “Android” qurğularında “WhatsApp”ın stabil versiyalarının istifadəçiləri üçün əlçatan ola bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM