ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Macarıstanın Baş naziri Viktor Orbanın parlament seçkilərindən sonra vəzifəsini qoruyub saxlayacağına əminliyini ifadə edib.
NTV xəbər verir ki, vitse-prezident bunu Macarıstanda keçirilən mətbuat konfransında bildirib. “Viktor Orban qalib gələcək, mən buna, eləcə də müsbət əməkdaşlığımızın davam edəcəyinə əminəm”, - deyə o vurğulayıb. Vens seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, Vaşinqtonun Macarıstan hakimiyyəti ilə əməkdaşlığa davam etməyə hazır olduğunu deyib. O qeyd edib ki, Birləşmiş Ştatlar Macarıstanla münasibətlərə və dostluğa dəyər verir.
ABŞ Vitse-prezidentinin Macarıstana səfərinin əsas məqsədi aprelin 12-nə planlaşdırılan parlament seçkiləri ərəfəsində Viktor Orbana açıq dəstək ifadə etməkdir. Bəzi sorğular göstərir ki, Orbanın “Fides” partiyası əhalinin dəstəyini itirir, Peter Madyarın rəhbərlik etdiyi müxalif “Tisa” partiyası isə tərəfdarlarının sayını artırır.
