Körfəz bölgəsindəki münaqişə zamanı İrana dəyən zərərin maraqlı maliyyə institutlarının iştirakı ilə yaradılacaq xüsusi investisiya fondu vasitəsilə ödənilməsi nəzərdə tutulur.
NTV xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Tehranın təqdim etdiyi atəşkəs şərtlərinin tam mətni ilə tanış olan mənbə bildirib ki, “İranın itkilərinə görə kompensasiya yaradılacaq investisiya və maliyyə fondu vasitəsilə təmin ediləcək”. Fondun strukturu və idarəçilik mexanizmi barədə hələlik əlavə məlumat verilməyib.
Həmçinin qeyd olunur ki, İranın Hörmüz boğazından keçən gəmilərdən toplamağı planlaşdırdığı rüsumların bir hissəsi münaqişə zamanı dağıdılmış obyektlərin bərpasına yönəldilə bilər.
Agentliyin məlumatına əsasən, atəşkəs şərtləri çərçivəsində İranın Omanla birlikdə Hörmüz boğazından keçən gəmilərdən rüsum almaq hüququ əldə etməsi də nəzərdə tutulur.
