satellite   Azerspace-1: 11135 H 30000

Yaxın Şərq münaqişəsi Yaponiyanın avtomobil sənayesinə mənfi təsir edib

Yaxın Şərq münaqişəsi Yaponiyanın avtomobil sənayesinə mənfi təsir edib

Yaxın Şərqdə davam edən münaqişə Yaponiyanın avtomobil sənayesinə mənfi təsir göstərib.

NTV Sinxua agentliyinə istinadla xəbər verir ki, əsas xammal olan naftanın idxalının azalması və daşınmalardakı fasilələr istehsal xərclərini yüksəldib, ehtiyat hissələrinin istehsalını məhdudlaşdırıb. Mart ayında Yaponiyanın neft məhsulları idxalı təxminən 30 faiz azalıb. Məlumata görə, xammal çatışmazlığı plastik komponentlərin istehsalına təsir edib, təkər istehsalı üçün vacib materialların qiymətləri isə kəskin artıb. Bu isə avtomobil istehsalçılarının mənfəətini azaldaraq qlobal rəqabət qabiliyyətini zəiflədir. Bildirilir ki, daşınmalardakı problemlər səbəbindən bir sıra şirkətlər Yaxın Şərq bazarı üçün istehsalı azaldıb və ya dayandırıb.

Qeyd edək ki, mütəxəssislər vəziyyətin gələcək inkişafını qiymətləndirməyin hələ tez olduğunu bildirirlər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM