Ukrayna ilhaq edilmiş Krımın Feodosiya şəhərindəki "Dəniz Neft Terminalı" SC-nin neft bazasını pilotsuz uçuş aparatları ilə hücuma məruz qoyub, müəssisədə yanğın baş verib.
NTV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" "Astra"ya istinadən məlumat yayıb.
Bildirilib ki, aprelin 8-nə keçən gecə yerli sakinlər partlayışlar və ardınca baş verən yanğın barədə məlumat veriblər.
İki rezervuar yanıb, ümumilikdə yanğın bir neçə kilometr məsafədən görünüb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı daha əvvəl bəyan edib ki, Krımdakı "Dəniz Neft Terminalı" SC Krım yarımadasına və Ukraynanın cənubunun müvəqqəti işğal olunmuş ərazilərinə dəniz yolu ilə yanacaq-sürtkü materiallarının tədarükünün əsas qovşağıdır.
