Qırğızıstanın beynəlxalq pasportlarının keyfiyyət və müasirlik baxımından dünyada ilk 10 ölkə arasında olduğu bildirilib.
NTV Qırğızıstanın “Kabar” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə parlament deputatları “Uçqun” dövlət müəssisəsinə səfərdən sonra məlumat veriblər. Bildirilib ki, ölkədə son illərdə beynəlxalq pasportlar, şəxsiyyət vəsiqələri və sürücülük sənədlərinin yerli istehsalı təşkil olunub. Yeni nəsil sənədlərin yüksək təhlükəsizlik xüsusiyyətlərinə malk olduğu və beynəlxalq standartlara uyğunluğu vurğulanıb.
Qeyd edilib ki, bu nailiyyət ölkənin sənəd istehsalı sahəsində mühüm irəliləyiş hesab olunur.
