satellite   Azerspace-1: 11135 H 30000

FHN: İntensiv yağışlar səbəbindən yaranan fəsadların aradan qaldırılması işləri davam etdirilir

FHN: İntensiv yağışlar səbəbindən yaranan fəsadların aradan qaldırılması işləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

FHN-in mətbuat xidmətindən NTV-yə  verilən məlumata görə, hazırda Bakı şəhərinin Xəzər, Nizami, Qaradağ, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhərində, Abşeron, Xızı və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Qeyd edilib ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri nazirliyin Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt və Şimal Regional mərkəzlərinin qüvvələri tərəfindən görülür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM