satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda meşə yanğınlarının izlənməsi üçün dronlardan istifadə olunur

Qazaxıstanda meşə yanğınlarının izlənməsi üçün dronlardan istifadə olunur

Qazaxıstanın Pavlodar vilayətində meşə yanğınlarının qarşısını almaq üçün müasir nəzarət sistemləri və dronlar tətbiq edilib.

NTV Qazaxıstanın Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, müşahidə kameraları vahid sistemə birləşdirilib, həmçinin yanğınların erkən aşkarlanması üçün 8 dron istifadəyə verilib. Bildirilib ki, gündəlik peyk və video nəzarəti aparılır, monitorinq təkcə regionu deyil, qonşu əraziləri də əhatə edir.

Həmçinin qeyd edilib ki, Bayanaul Milli Parkı əlavə kameralar quraşdıraraq nəzarət zonasını genişləndirir. Hava patrulu isə Kazaviaspas xidməti tərəfindən həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM