satellite   Azerspace-1: 11135 H 30000

BƏƏ Müdafiə Nazirliyi: Hava məkanı təhlükələrdən tam azad olunub

BƏƏ Müdafiə Nazirliyi: Hava məkanı təhlükələrdən tam azad olunub

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi 2026-cı il aprelin 9-da ölkənin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən buraxıldığı iddia edilən heç bir ballistik və qanadlı raketi, eləcə də pilotsuz uçuş aparatını qeydə almadığını açıqlayıb.

NTV xəbər verir ki, bu barədə Nazirliyin məlumatında qeyd olunub.

Bildirilib ki, gərginliyin başlanmasından etibarən BƏƏ hava hücumundan müdafiə sistemləri ümumilikdə 537 ballistik raketi, 26 qanadlı raketi və 2256 pilotsuz uçuş aparatını zərərsizləşdirib. Son saatlarda xəsarət alan və həlak olan yoxdur. Yaralananların isə ümumi sayı müxtəlif millətlərdən olmaqla 224 nəfərdir.

BƏƏ Müdafiə Nazirliyi ölkənin təhlükəsizliyini təmin etmək, suverenliyini və sabitliyini qorumaq üçün istənilən təhlükəyə qarşı tam hazır vəziyyətdə olduğunu və bu cür cəhdlərə qətiyyətlə cavab verəcəyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM