satellite   Azerspace-1: 11135 H 30000

Ukraynaya daha min hərbçinin meyiti qaytarılıb

Ukraynaya daha min hərbçinin meyiti qaytarılıb

Repatriasiya tədbirləri çərçivəsində həlak olmuş min nəfərin meyiti (qalıqları) Ukraynaya qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, bu meyitlər Ukrayna hərbçilərinə məxsusdur.

NTV xəbər verir ki, bu barədə Ukraynanın Hərbi əsirlərlə davranış üzrə Koordinasiya Qərargahı “Telegram” kanalında məlumat verib.

“Bu gün repatriasiya tədbirləri baş tutub. Nəticədə həlak olmuş 1000 nəfərin meyiti (qalıqları) Ukraynaya qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, qaytarılan meyitlər Ukrayna hərbçilərinə məxsusdur”, – deyə məlumatda bildirilir.

Qərargahın iddiasına görə, bundan sonra repatriasiya edilmiş şəxslərin kimliyinin müəyyənləşdirilməsi üçün ekspertlər zəruri ekspertizalar aparacaqlar. Onların kimliyi müəyyən edildikdən sonra meyitlər layiqli dəfn olunması üçün ailələrinə təhvil veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM