satellite   Azerspace-1: 11135 H 30000

Almaniya Kansleri ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasına görə Pakistanın Baş nazirinə təşəkkür edib

Almaniya Kansleri ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasına görə Pakistanın Baş nazirinə təşəkkür edib

Almaniya Kansleri Fridrix Merts ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

NTV xəbər verir ki, Kansler Ofisinin yaydığı məlumatda telefon söhbətində Fridrix Mertsin ABŞ ilə İran arasında atəşkəsə nail olunması istiqamətində göstərdiyi vasitəçilik səylərinə görə Pakistanın Baş nazirinə təşəkkür etdiyi bildirilib. Tərəflər Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıb və müharibəyə qəti şəkildə son qoyulmasının yalnız diplomatik yollarla mümkün olduğunu vurğulayıblar.

Bundan əlavə, tərəflər Almaniya ilə Pakistan arasında dostluq münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi barədə razılığa gəliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM