satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda sənaye tullantılarını 40 dəfə azaldan texnologiya hazırlanıb

Qazaxıstanda sənaye tullantılarını 40 dəfə azaldan texnologiya hazırlanıb

Qazaxıstanlı alimlər zərərli sənaye tullantılarını 40 dəfəyə qədər azaldan yeni qaz təmizləmə texnologiyası hazırlayıblar.

NTV Qazaxıstanın Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Elm və Ali Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, Jubanov Aktobe Regional Universitetinin tədqiqatçıları tərəfindən yaradılan sistem artıq Aktobe, Aksu və Ekibastuz şəhərlərindəki müəssisələrdə tətbiq olunur.

Qeyd olunub ki, Aktobe ferroərinti zavodunda aparılan sınaqlar zamanı emissiyalarda toz və zəhərli komponentlərin miqdarı 40 dəfə azalıb. Texnologiya metallurgiya, enerji və digər sənaye sahələrində istifadə oluna bilər.

Vurğulanıb ki, layihə yerli texnologiya kimi hazırlanıb və xarici sistemlərdən asılılığı azaltmağa imkan verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM