Çin Tayvanın müstəqilliyinə “qəti şəkildə dözməyəcək”, çünki bu, Tayvan boğazında sülhün pozulmasının əsas səbəbi olacaq.
NTV “Reuters” agentliyinə istinadla xəbər verir ki, Çinin Sədri Si Cinpin bunu cümə günü adanın müxalifət lideri Çenq Li-vuna bildirib.
Tayvanın əsas müxalifət partiyası olan Kuomintang (KMT)-nin sədri gərginliyin azaldılmasına yönəlmiş sülh missiyası ilə Çində səfərdədir.
Si Cinpin görüş əsnasında Çenqə müasir dünyada sülhün tam bərqərar olmadığını və barışığın əvəzsiz olduğunu bildirib.
O, Tayvan televiziya kanalları tərəfindən yayımlanan şərhin bildirib: “Boğazın hər iki tərəfindəki bütün həmvətənlər çinlidir, eyni ailənin insanlarıdır, sülh, inkişaf, mübadilə və əməkdaşlıq üçün çalışırlar”. Si Cinpin əlavə edib ki, boğazın hər iki tərəfində “vahid Çin” var. O deyib: “Ailə daxilində harmoniya olduqda, hər şey çiçəklənəcək”.
Si Cinpin sözlərinə yekun vuraraq bildirib: “Tayvanın müstəqilliyi Tayvan boğazında sülhü pozan əsas səbəbdir və biz buna heç vaxt dözməyəcəyik və ya təqdir etməyəcəyik”.
