satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Prezidenti avqustda Qurultaya seçkilərin keçiriləcəyini elan edib

Qazaxıstan Prezidenti avqustda Qurultaya seçkilərin keçiriləcəyini elan edib

Qazaxıstanda birpalatalı Qurultaya seçkilər bu ilin avqust ayında keçiriləcək.

NTV  Akorda mətbuat xidmətinə istinadla xəbər verir ki, bu bəyanatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev alimlərin mükafatlandırılması mərasimində çıxışı zamanı verib.

Onun sözlərinə görə, seçkilərin keçirilməsi ilə bağlı fərman Konstitusiya qüvvəyə mindikdən dərhal sonra imzalanacaq. Tokayev partiyaların seçki kampaniyasına hazırlaşmaq üçün təxminən beş ay vaxtının olacağını vurğulayıb.

“Qurultaya seçkilər Qazaxıstanın bütün siyasi sisteminin genişmiqyaslı yenidən qurulmasının başlanğıcını qeyd edəcək”, - deyə Prezident bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM