Çində malların fabrik satış qiymətləri 41 aylıq ardıcıl enişdən sonra martda artmağa başlayıb.
NTV xəbər verir ki, Çinin Dövlət Statistika Bürosunun məlumatına görə istehsalçı qiymətləri indeksi (PPI) martda ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artıb.
Büronun mütəxəssisi Don Licuan bildirib ki, PPI-nin artımı beynəlxalq əmtəə qiymətlərinin sürətlə yaxşılaşma, daxili sektorlarda tələb və təklif şəraitinin yaxşılaşması ilə əlaqəlidir.
İstehsalçı qiymətləri indeksi aylıq əsasda martda bir faiz artaraq ardıcıl 6-cı aylıq artım nümayiş etdirib.
Dövlət Statistika Bürosunun məlumatına görə, inflyasiyanın əsas göstəricisi olan istehlak qiymətləri indeksi (CPI) martda illik müqayisədə bir faiz artıb.
