satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədən Suriyaya 5 il ərzində könüllü əsasda 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində könüllü əsasda 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədə suriyalı qaçqınların sayı azalmaqda davam edir.

NTV  xəbər verir ki, təkcə son beş ildə Türkiyədə müvəqqəti qoruma altında olan suriyalıların sayı 38,55 faiz azalıb. Belə ki, 2021-ci ildə qeydə alınmış 3 milyon 737 min 369 nəfərlik pik göstəricidən 2026-cı il aprelin 2-nə olan məlumata görə 2 milyon 296 min 568 nəfərə enib.

Beləliklə, son 5 il ərzində 1,4 milyondan çox suriyalı könüllü əsasda Türkiyədən Suriyaya qayıdıb.

Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, proses 2024-cü il dekabrın 8-də Dəməşqdə rejim dəyişikliyindən sonra sürətlənib və bu, 650 mindən çox suriyalının vətənə qayıtmasına şərait yaradıb.

Hazırda suriyalı qaçqınların ən çox cəmləşdiyi şəhər İstanbuldur (405 mindən çox nəfər), ən az sayda isə Hakkari vilayətində qeydə alınıb (8 nəfər).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM