Haitinin şimalındakı qədim “Laferriere Citadel” qalasının yaxınlığında baş verən izdihamda ən azı 30 nəfər ölüb.
NTV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qala ölkənin tarixi turizm məkanı kimi UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb. Bu münasibətlə qalada hər il eyni vaxtda tədbirlər keçirilir.
