satellite   Azerspace-1: 11135 H 30000

Londonda etiraz aksiyasında 500-dən çox şəxs saxlanılıb

Londonda etiraz aksiyasında 500-dən çox şəxs saxlanılıb

Londonun mərkəzində Trafalqar meydanında “Palestine Action” qrupuna qoyulan qadağaya qarşı keçirilən etiraz aksiyası zamanı 500-dən çox şəxs saxlanılıb.

NTV BBC-yə istinadla xəbər verir ki, saxlanılanlar qadağan olunmuş təşkilata dəstək nümayiş etdirdikləri üçün həbs olunublar. Saxlanılanların yaşı 18-dən 87-dək dəyişir.

Qeyd edək ki, “Palestine Action” qrupuna dəstək 2025-ci ilin iyulunda hökumət tərəfindən anti-terror qanunvericiliyi çərçivəsində qadağan edilib. Fevral ayında bu qadağa qanunsuz hesab olunsa da, apellyasiya prosesi davam etdiyi üçün qüvvədə qalmaqdadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM