ABŞ Hərbi-Dəniz Qüvvələrinin Hörmüz boğazını blokadaya almağa hazırlaşması fonunda neftin qiymətləri 7 %-dən çox artaraq bir barel üçün 100 ABŞ dollarını ötüb.
NTV xəbər verir ki, bu barədə "Dawn" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu addım rəsmi Vaşinqton və Tehranın münaqişənin dayandırılması ilə bağlı razılığa gələ bilməməsi ilə əlaqədar İran neftinin ixracını məhdudlaşdıra bilər.
"Brent" markalı neftin bir barelinin qiyməti 6,96 ABŞ dolları (7,3 %) artaraq 102,16 ABŞ dollarına yüksəlib. Aprelin 10-da isə 0,75 % ucuzlaşma qeydə alınmışdı.
ABŞ-nin "WTI" markalı neftinin bir bareli əvvəlki sessiyadakı 1,33 % ucuzlaşmadan sonra 8,12 ABŞ dolları (8,4 %) bahalaşaraq 104,69 ABŞ dollarına yüksəlib.
