satellite   Azerspace-1: 11135 H 30000

Macarıstan Prezidenti Macyara yeni hökuməti formalaşdırmağı tapşırıb

Macarıstan Prezidenti Macyara yeni hökuməti formalaşdırmağı tapşırıb

Macarıstan Prezidenti Tamaş Şujok “Tisza” Partiyasının lideri Peter Macyara yeni hökuməti formalaşdırmağı tapşırıb.

NTV  xəbər verir ki, dövlət başçısı, həmçinin yeni parlamentin ilk iclasını 6-7 may tarixlərinə təyin etmək niyyətindədir. Bu iclasda Macyar yeni baş nazir seçiləcək.

“Respublika Prezidenti mənə bildirib ki, qalib partiyanın lideri kimi yeni parlamentin ilk iclasında baş nazir seçiləcəyəm və hökumət qurmaq səlahiyyəti mənə veriləcək”, - deyə Macyar ölkə prezidenti ilə görüşdən sonra jurnalistlərə açıqlaması zamanı bildirib.

O, həmçinin hökumətin bu ayın ortalarınadək formalaşdırılacağını və fəaliyyətə başlayacağını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM