İsveçrənin “Bazel” komandasının ev oyunlarını keçirdiyi “Sankt Yakob-Park” stadionunda yanğın hadisəsi baş verib.
NTV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hadisə aprelin 10-da arenanın paltardəyişmə otağında qeydə alınıb.
Yanğının səbəbi hələ tam müəyyən edilməsə də, onun saunadakı qısaqapanmadan qaynaqlandığı iddia olunur.
Kluba dəymiş maddi ziyanın məbləği barədə açıqlama verilməyib.
