İranla müharibə bitməyə çox yaxındır.
NTV xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp “Fox Business”ə müsahibəsində bildirib.
O, ABŞ-nin son addımlarının rəsmi Tehranın nüvə silahı əldə etməsinə mane olduğunu bildirərək, danışıqların tezliklə bərpa oluna biləcəyinə işarə edib.
"Biz hələ bitməmişik, nə olacağını görəcəyik. Düşünürəm ki, onlar razılaşma əldə etmək istəyirlər",- deyə Tramp əlavə edib.
