Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə 4 nəfərin həyatına qəsd edib özünü öldürən şagirdin atası saxlanılıb.
NTV xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
15:52
Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum edən şagird özünü öldürüb.
NTV xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, səkkizinci sinif şagirdi məktəbə 5 silah və 7 daraqla gəlib.
O ilkin məlumata görə 4 nəfərin həyatına son verib, 20-sini yaralayıb.
Hadisəni törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.
15:43
Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum nəticəsində 4 nəfər ölüb, 20-si yaralanıb.
NTV xəbər verir ki, bu barədə şəhər valisi Mükerrem Ünlüer məlumat verib.
Onun sözlərinə görə, ölənlərdən biri müəllim, üçü şagirddir.
Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi bildirilir.
15:16
Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum nəticəsində ölən və yaralananlar var.
NTV xəbər verir ki, bu barədə şəhər valisi Mükerrem Ünlüer məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində hələlik 6 yaralı və bir ölü məlumdur.
15:03
Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum olub.
NTV xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 6 nəfər yaralanıb.
Əraziyə çox sayda polis və təcili tibbi yardım briqadaları göndərilib.
Qeyd edək ki, dünən də Türkiyənin Şanlıurfa şəhərindəki liseylərin birinə hücum olmuş, 16 nəfər yaralanmışdı.
