satellite   Azerspace-1: 11135 H 30000

Qobustanda yeni qayaüstü təsvirlər aşkar olunub - FOTOLAR

Qobustanda yeni qayaüstü təsvirlər aşkar olunub<font color=red> - FOTOLAR</font> Qobustanda yeni qayaüstü təsvirlər aşkar olunub<font color=red> - FOTOLAR</font> Qobustanda yeni qayaüstü təsvirlər aşkar olunub<font color=red> - FOTOLAR</font>

Qobustan Milli Tarix-Bədii Qoruğunun Kiçikdaş dağı ərazisində aparılan monitorinqlər zamanı yeni qayaüstü təsvirlər aşkar olunub.

Bu barədə NTV-yə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, təsvirlər ov səhnəsi, qadın fiquru və hələlik mənası tam dəqiqləşdirilməmiş çoxsaylı paralel xətlərdən ibarətdir. Qadın təsviri üslub baxımından Qobustan kolleksiyasında mövcud olan digər qadın fiqurları ilə oxşarlıq təşkil edir.

Ov səhnəsi isə öz dinamikası və realizmi ilə seçilir. Xüsusi maraq doğuran digər təsvir isə çoxsaylı yanaşı xətlərdən ibarətdir. İlk baxışda bu motiv Qobustanın məşhur qayıq səhnələrini xatırlatsa da, qayığın olmaması və xətlərin sıxlığı ilə fərqlənir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM