satellite   Azerspace-1: 11135 H 30000

Çexiyada “Çex bayrağı günü” yenidən təsdiqlənib

Çexiyada “Çex bayrağı günü” yenidən təsdiqlənib

Çexiya parlamentinin aşağı palatası – Deputatlar palatası “Çex bayrağı günü”nün təsis olunmasını yenidən dəstəkləyib.

 

NTV xəbər verir ki, qərar hakim koalisiyaya daxil olan partiyaların dəstəyi ilə qəbul edilib. Səsvermədə 108 deputat təşəbbüsün lehinə çıxış edib.

 

Qanun layihəsi daha əvvəl müzakirəyə çıxarılsa da, prosedur səbəblərə görə yenidən baxılması tələb olunmuşdu. Yenidən səsvermə zamanı layihə parlamentin aşağı palatasında kifayət qədər dəstək qazanıb və növbəti mərhələyə göndərilib.

 

Təşəbbüsün müəlliflərinə görə, bu günün qeyd olunması dövlət rəmzlərinə hörmətin artırılmasına və milli identikliyin möhkəmlənməsinə xidmət edəcək. Eyni zamanda, bəzi deputatlar belə bir günün yaradılmasının zəruriliyi ilə bağlı fərqli mövqe nümayiş etdiriblər.

 

Qanun layihəsinin qüvvəyə minməsi üçün sənədin parlamentin yuxarı palatasında – Senatda təsdiqlənməsi və Prezident tərəfindən imzalanması tələb olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM