satellite   Azerspace-1: 11135 H 30000

Süni intellektlə təchiz edilmiş “Abrams” tanklarının ABŞ ordusuna daxil olacağı tarix açıqlanıb

Süni intellektlə təchiz edilmiş “Abrams” tanklarının ABŞ ordusuna daxil olacağı tarix açıqlanıb

Süni intellekt texnologiyalı yeni “Abrams” tanklarından ibarət (M1E3) ilk tağım dekabr ayında ABŞ ordusunun xidmətində daxil olacaq.

NTV xəbər verir ki, bu barədə ABŞ ordusunun qərargah rəisinin müavini general Kristofer Laniv bildirib.

O, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləməsindəki çıxışı zamanı qeyd edib ki, ilk tağım qrafikdən beş il əvvəl – 2026-cı ilin dekabr ayında xidmətə daxil ediləcək.

Onun sözlərinə görə, texnoloji inkişafın sürətləndirilməsi yüz milyonlarla dollara qənaət etməyə imkan verəcək. Yeni “Abrams” müstəsna əks-dron imkanlarına və hədəfi sürətli şəkildə nişan almaq üçün süni intellektlə təchiz olunmuş pilotsuz qülləyə malikdir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM