satellite   Azerspace-1: 11135 H 30000

Livanda atəşkəs bu həftə qüvvəyə minə bilər

Livanda atəşkəs bu həftə qüvvəyə minə bilər

Livanda atəşkəs tezliklə elan edilə və bu həftənin əvvəlində qüvvəyə minə bilər.

NTV xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşr iki mənbəyə istinadla bildirir ki, bu, çox güman İsrail qüvvələri Livanın cənubundakı Bint Cbeil məntəqəsi üzərində nəzarəti ələ keçirdikdən sonra baş verəcək. Adı çəkilməyən Livan rəsmisi qəzetə bildirib ki, atəşkəs İsrailin hücumlarının dayandırılmasını nəzərdə tutacaq.

Livanın hökumət mənbələri atəşkəsin müddətinin ABŞ və İran arasında qüvvədə olan atəşkəslə əlaqəli olacağını bildiriblər. Daha əvvəl ABŞ və İsrail Livana hücumların dayandırılmasının Vaşinqton və Tehran arasındakı razılaşmaya daxil olmadığını iddia etmişdilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM