ABŞ Prezidenti Donald Trampın administrasiyası silah istehsalı üçün Amerika avtomobil istehsalçılarının istehsal müəssisələrindən istifadə etmək niyyətindədir.
NTV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqonun yüksək vəzifəli rəsmiləri “General Motors” və “Ford” da daxil olmaqla, bir neçə avtomobil istehsalçısının rəhbərləri ilə bu barədə danışıqlar aparıblar. ABŞ Müdafiə Nazirliyi avtomobil istehsalçılarının istehsal müəssisələrindən və personalından istifadə edərək, sursat və hərbi texnika istehsalını artırmaqda maraqlıdır. Sursat ehtiyatları Kiyevə silahların verilməsi və İrana qarşı hərbi əməliyyat səbəbindən tükənib.
Nəşr qeyd edib ki, bu cür tədbirlər İkinci Dünya müharibəsi dövründə istifadə edilən təcrübələri xatırladır.
