satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreyada ilk rübdə rekord sayda xarici turist qeydə alınıb

Cənubi Koreyada ilk rübdə rekord sayda xarici turist qeydə alınıb

Cənubi Koreya bu ilin birinci rübündə 4,76 milyon xarici turist qəbul edib.

NTV Cənubi Koreyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artım deməkdir və rekord göstərici sayılır. Məlumata görə, ən çox turist Çindən (1,45 milyon), Yaponiyadan (940 min) və Tayvandan (540 min) gəlib.

Qeyd olunub ki, turist xərcləri 3,21 trilyon vona çatıb, kruiz turizmi və regional hava limanları vasitəsilə səfərlərdə də əhəmiyyətli artım müşahidə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM