satellite   Azerspace-1: 11135 H 30000

Çindən İrana mesaj: Hörmüz boğazından sərbəst və təhlükəsiz keçid təmin edilməlidir

Çindən İrana mesaj: Hörmüz boğazından sərbəst və təhlükəsiz keçid təmin edilməlidir

Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, xarici işlər naziri Van İ dünən gecə iranlı həmkarı Abbas Əraqçi ilə telefonla danışıb.

NTV Sinxua agentliyinə istinadla xəbər verir ki, telefon danışığı əsnasında Çinin naziri Hörmüz boğazının sahil dövləti kimi İranın suverenliyinə, təhlükəsizliyinə, qanuni hüquqlarına və maraqlarına hörmət edilməli olduğunu bildirib. O, həmçinin beynəlxalq ictimaiyyətin ortaq çağırışına uyğun olaraq Hörmüz boğazında naviqasiya azadlığının və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

Van İ Çinin regiondakı vəziyyəti və regional ölkələr arasında münasibətləri yaxşılaşdırmaq üçün çalışmağa davam edəcəyini, Yaxın Şərqdə davamlı sülhün və sabitliyin təmin edilməsində konstruktiv rol oynayacağını vurğulayıb.

İranlı nazir isə bildirib ki, Tehran Çinin müharibənin sona çatmasında və sülhün təşviqində konstruktiv rolunu təqdir edir, münaqişənin danışıqlar vasitəsilə rasional həlli yollarını axtarmağa davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM