satellite   Azerspace-1: 11135 H 30000

Hind okeanında gəmi qəzası: 250 miqrant itkin düşüb

Hind okeanında gəmi qəzası: 250 miqrant itkin düşüb

Hind okeanında miqrantları daşıyan gəminin batması nəticəsində uşaqlar da daxil olmaqla, təxminən 250 nəfər itkin düşüb.

NTV xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Beynəlxalq Miqrasiya Təşkilatının ilkin məlumatına görə, Banqladeşdən Malayziya istiqamətində yola çıxan gəmi güclü külək, yüksək dalğalar və hədsiz yüklənmə səbəbindən aşıb.

Banqladeş bayrağı altında üzən gəmi yalnız doqquz nəfəri xilas edə bilib.

Miqrantların etnik mənsubiyyətcə myanmalı rohinca müsəlmanları olduğu bildirilir. 2017-ci ildə onların etiraz aksiyaları qəddarcasına dağıdıldıqdan və hücumlar başladıqdan sonra yüz minlərlə insan Myanmadan qaçıb.

Qaçqın düşərgələrindəki sərt şərait bir çox rohinca müsəlmanını daha təhlükəsiz yer saydıqları Malayziyaya getmək üçün çox riskli addımlara məcbur edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM