satellite   Azerspace-1: 11135 H 30000

X platformasına qarşı yeni şikayət təqdim olunub

X platformasına qarşı yeni şikayət təqdim olunub

“Sərhədsiz Reportyorlar” təşkilatı Elon Maskın Fransada məhkəməyə çağırılması ərəfəsində X sosial şəbəkəsi əleyhinə yeni şikayət təqdim edib.

NTV xəbər verir ki, şikayət Paris Prokurorluğunun Kibercinayətlər şöbəsinə ünvanlanıb və platformanın yanlış məlumatların yayılmasına qarşı effektiv tədbir görməməsinin səbəblərinin araşdırılması tələb olunub.

Təşkilat iddia edib ki, X platforması təkrarlanan qayda pozuntularına və qanunsuz məzmunla bağlı xəbərdarlıqlara reaksiya vermir.

Qeyd edək ki, məhkəmə prosesi çərçivəsində artıq X-in Fransadakı ofislərində axtarış aparılıb. Elon Mask aprelin 20-də Fransada məhkəmədə ifadə verəcək.

Bu iş Avropada rəqəmsal platformaların tənzimlənməsi və dezinformasiyaya qarşı qanunvericiliyin tətbiqi kontekstində həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM